"Real Madrid"in qapıçısı Tibo Kurtua martın 19-da aldığı menisk zədəsindən sonra yaşıl meydanlara nə vaxt qayıdacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano belçikalı qolkiperin sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Bu ayın sonunda yenidən kollektiv məşqlərə başlayacam".
Xatırladaq ki, Kurtua cari mövsümün əvvəlində xaçvari diz bağlarından ağır xəsarət almışdı. O, uzun sürən müalicənin ardından ötən ay sıraya dönənsə də yenidən zədələnmişdi.
Nihat