Kurtua İspaniyadan ayrıla bilər - "Real"a "yox" deyə bilməyəcəyi təklif hazırlanır

Kurtua İspaniyadan ayrıla bilər - "Real"a "yox" deyə bilməyəcəyi təklif hazırlanır

"Real Madrid"in qapıçısı Tibo Kurtuanı karyerasını Fransada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Defensacentral" yayıb. 

Mənbənin məlumatına görə, qapıçı axtarışında olan PSJ klubu Kurtua üçün "Real"a böyük məbləğdə pul təklif etməyə hazırlaşır.

“Real”ın öz növbəsində qapıçını buraxmağa həvəsli olmadığı bildirilir. Buna görə də transferin parislilər üçün asan olmayacağı protnozlaşdırılır. Amma PSJ rəhbərliyi madridliləri razı sala biləcəyinə inanır.

Xatırladaq ki , Kurtua hazırda zədədən əziyyət çəkir. Onu ukraynalı qapıçı Andrey Lunin əvəzləyir. 

Belçikalı qolkiper bu mövsüm "Real"ın heyətində 12 oyun keçirib və 10 qol buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər