"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua dünyanın hazırda çıxışını davam etdirən ən yaxşı 3 qolkiperinin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun futbolçusu COPE-nin ona ünvanladığı sualları cavablandırıb:
- Özünün dünyanın ən yaxşı qapıçısı sayırsan? - Şübhəsiz, mən ən yaxşılardan biriyəm. Amma hərənin öz zövqü var. Hamı öz fikrini dilə gətirməkdə azaddır. Mən klubuma kömək etməliyəm.
- Yaxşı, o zaman ən yaxşı 3 qapıçının adlarını de. - Özümdən danışmayacam. Yan Oblak bu mövsüm yüksək performans sərgiləyir. Zədəli olsa da, Alison da çox xoşuma gəlir. David Rayanı da bıyınirəm.
Qeyd edək ki, 33 yaşlı Kurtua bu mövsüm "Real" forması ilə 22 matça çıxaraq 20 qol buraxıb. O, 10 matçda qapısını toxunulmaz saxlayıb.
Nihat