Türkiyə futbolunda zəlzələ mahiyyətli hadisə yaşanır. Fanat.az xəbər verir ki, ölkənin cənub-şərq bölgəsində, əsasən kürd əsilli əhalinin yaşadığı yerlərdə Türkiyə Futbol Federasiyasına alternativ futbol liqası yaradılır.
Xatırladaq ki, aşağı liqanın “Yeni Diyarbəkirspor” - “Dənizli Bələdiyyəspor" qarşılaşmasından sonra yaranan qalmaqalın ardından diyarbəkirlilərə texniki məğlubiyyət verilmişdi. Bundan qəzəblənən klub rəhbərliyi bu gün adı çəkilən bölgəyə daxil olan futbol klublarının prezidentlərini Diyarbəkirdə toplayıb. Toplantıya səbəb isə cənub-şərq liqasının yaradılmasıdı. Əgər klub prezidentləri razılığa gəlsə, Türkiyə Futbol Federasiyasından ayrılaraq müstəqil liqa təşkil edəcəklər.
Qeyd edək ki, keçən həftə Spor Toto 3-cü liqada "Denizli Bələdiyyəspor"la "Yeni Diyarbəkirspor” qarşılaşmasında hesab 1:1 olarkən ara qarışıb. Azarkeşlər meydançaya daxil olublar. Oyunda fasilə elan edilib. Diyarbəkir klubunun rəhbərliyi oyundan sonra liqadan çəkilmək qərarı alıb.//lent.az
Fanat.az