Tanınmış türkmənistanlı futbol mütəxəssisi Kurban Berdiyev iki illik fasilədən sonra məşqçilik fəaliyyətini bərpa edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis Qazaxıstan "Kayrat"ı ilə anlaşıb. Bu barədə klubunun rəsmi saytı məlumat yayıb.
Anlaşmanın şərtləri və müddəti açıqlanmayıb.
68 yaşlı mütəxəssis sonuncu dəfə Rusiyanın "Rostov" klubunu çalışdırıb.
Xatırladaq ki, Kurban Berdiyev həm futbolçu (1993), həm də baş məşqçi (1994-1995) qismində "Kayrat"ın uğurları üçün çalışıb. Emin Şəmsiyev