“Barselona”nın fransalı müdafiəçisi Jül Kunde üçün 50 milyon avrodan çox transfer haqqı tələb edə biləcəyi bildirilir. Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb. Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümdə əsas heyətdə yerini itirib. Kunde La Liqa və digər turnirlərdə keçirilən ilk səkkiz rəsmi oyunun yalnız ikisində start heyətində meydana çıxıb. Kundenin vəziyyəti Andreas Kristensenin zədələnməsindən sonra dəyişə bilər. Fransalı futbolçu mərkəz müdafiəçisi kimi də komandaya kömək edə bilər. Bununla yanaşı, oyunçu ilə bağlı bir neçə klubun maraqlandığı bildirilir. Ən azı üç İngiltərə klubunun müdafiəçini izlədiyi, “Bayern Münhen”in də onun vəziyyətini nəzərdən keçirdiyi qeyd olunur. “Barselona”nın isə Kundeni satacağı təqdirdə 50 milyon avrodan daha yüksək məbləğ əldə etməyə ümid etdiyi bildirilir. Klub üçün belə transfer həm gəlir gətirə, həm də futbolçunun maaş yükünü azaltmağa imkan verə bilər. Əlisahib İbrahimli
Kunde üçün 50 milyon avro tələb edilir
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev