Kuman Türkiyə üzərində qələbəni belə şərh etdi

Kuman Türkiyə üzərində qələbəni belə şərh etdi

Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 final final mərhələsində keçirilən matçda Türkiyə millisini 2:1 hesabı ilə məğlub edən Niderland yığmasının baş məşqçisi Ronald Kuman qələbəni şərh edib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Bəzən futbolda başqa millətlər kimi cəsarətli olmadığımızı deyərək bizi tənqid edirlər. Bu qələbə bütün Nuderland xalqı üçün xüsusi bir şeydir. Biz kiçik ölkəsi olan bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik. Bu gecə əziyyət çəkməli olduq, amma asan oyun yoxdur. Bu, emosional matç olsa da, böyük ruhla mübarizə apardıq. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, ancaq yarımfinala yüksəlmək böyük uğurdur".

Qeyd edək ki, Niderland millisi yarımfinalda İngiltərə seçməsi ilə üz-üzə gələcək.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər