Kuman: "Son qərarı Messi özü verəcək"

Kuman: "Son qərarı Messi özü verəcək"
"Barselona"nın çalışdırıcısı Ronald Kuman Lionel Messinin İspaniya Superkubokunun finalında oynayıb-oynamayacağına özü qərar verəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, sabah baş tutacaq həlledici matç ərəfəsində bu barədə danışan niderlandlı mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Messi məşq edir. Son sözü özü deyəcək. Sabah orqanizminin vəziyyətinin nə yerdə olacağını Messidən daha yaxşı heç kim bilə bilməz. Ümid edirik ki, finalda meydana çıxmağa hazır olacaq. Leo oynayanda komanda daha güclü olur. Əlbəttə, Messisiz çıxdığımız bəzi matçlarda yaradıcılıq planında işlərimiz o qədər də yaxşı getməyib. Amma fakt budur ki, Leo zədə alıb və yalnız özünü meydana çıxmağa yüz faiz hazır sayacağı halda, oynamalıdır. Hələ qarşıda çox matçlarımız var. Bu final mövsümün son oyunu deyil. Söylədiyim kimi, son qərarı sabah özü verəcək".
Qeyd edək ki, "Qranada" ilə çempionat matçında (4:0) zədələnən Messi İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"a qarşı (1-1, 3:2) keçirilən oyunda heyətdən kənarda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər