Kuman milliyə baş məşqçi təyin olundu - RƏSMİ

Kuman milliyə baş məşqçi təyin olundu - RƏSMİ

İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Ronald Kuman Niderland millisinə rəhbərlik edəcək.

Fanat.Az Niderland Kral Futbol Federasiyasının (KNVB) rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis müddəti 2026-cı ildə başa çatacaq müqaviləyə imza atıb.

Kuman Qətərdə keçiriləcək dünya çempionatından sonra - 2023-cü ilin yanvarında yığmanın indki çalışdırıcısı Lui van Qalı əvəzləyəcək.

Qeyd edək ki, 2021-ci ildən Niderland seçməsinin baş məşqçisi olan van Qal bir neçə gün öncə prostat xərçəngi ilə mübarizə apardığını açıqlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər