Kukurelyanın yerinə Pep Çavarriya gəlir

Kukurelyanın yerinə Pep Çavarriya gəlir

London təmsilçisi "Çelsi" müdafiə xəttində yaranan ciddi boşluğu doldurmaq üçün transfer bazarında təcili hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Mark Kukurelyanın "Real Madrid"ə səs-küylü gedişindən sonra sol cinah müdafiəçisi axtaran London klubu "Rayo Valyekano"nun 28 yaşlı oyunçusu Pep Çavarriya ilə ilkin təmaslara başlayıb.

Klub rəhbərliyi bu təcrübəli ispaniyalını həm iqtisadi baxımdan sərfəli, həm də effektiv bir seçim olaraq siyahının ən yuxarı pilləsinə yerləşdirib.

Eyni zamanda "mavilər" heyəti genişləndirmək məqsədilə Çezare Kazadeini də "Torino" icarəsindən geri qaytarmağı ciddi şəkildə planlaşdırır. Londonluların bu transfer həmlələri ilə müdafiədəki krizi tez bir zamanda həll edəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər