Azərbaycan Kubokunun final matçı Gəncədə keçiriləcək. Fanat.az xəbər verir ki, bu barədə Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib.
Komitənin bugünkü iclasından sonra jurnalistlərə açıqlama verən Hüseynov bildirib ki, bununla bağlı qərar qəbul olunub. Məsələ AFFA İcraiyyə Komitəsinin gündəliyinə salınacaq.
Bu məqsədlə "Kəpəz"in stadionunun mayadək təmir edəcəyini söyləyib. Kubokun finalı isə mayın 25-də keçiriləcək.
Fanat.az