Dünən keçirilən yoldaşlıq görüşündə Andorranı 5:0 hesabı ilə məğlub edən İspaniya millisinin 17 yaşlı müdafiəçisi Pau Kubarsi formasını geyindiyi yığmanın tarixinə düşüb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu millidə qol ötürməsi edən ikinci ən gənc oyunçu olub.
17 yaş 135 günlüyündə komanda yoldaşı Ayose Peresin fərqlənməsinə yardım edən Kubarsi bu göstəricidə yalnız Lamin Yamaldan geri qalır. Yamal yığmada 16 yaş 257 günlüyündə qol ötürməsi ilə diqqət mərkəzinə düşüb.
Nihat