Kuadrado İtaliyada qaldı - Yeni klubu bəllidir

Kuadrado İtaliyada qaldı - Yeni klubu bəllidir

"İnter"in keçmiş yarımmüdafiəçisi Xuan Kuadrado İtaliyanın digər klubu "Atalanta"ya keçməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sportitalia" yayıb.

Mənbə 36 yaşlı kolumbiyalının Milan klinikalarından birində tibbi müayinədən keçərkən görüntüləndiyini iddia edib.

Kuadrado bu yay "İnter"dən ayrılaraq azad agent olub.

Futbolçu ötən mövsümün çox hissəsini zədə probleminə görə buraxıb. O, A Seriyasında 10 matça çıxaraq 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər