Ksander Severina "Ayın qolu" mükafatına layiq görülüb

Ksander Severina "Ayın qolu" mükafatına layiq görülüb

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah" futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb.

Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib.

Avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı qurumun inzibati binasında PFL prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən K.Severina "Ayın qolu" layihəsində qalib seçilməsindən məmnunluğunu ifadə edib.

Futbolçu qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna təqdim edəcəyini vurğulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər