Krivotsyuk oynadı, komandası...

Krivotsyuk oynadı, komandası...

Azərbaycan millisinin üzvü Anton Krivotsyuk bu gün Polşada növbəti matçına çıxıb. Fanat.Az xəbər verir ki, Antonun çıxış etdiyi Plotsk "Visla"sı evdə Krakov "Visla"sıyla üz-üzə gəlib.  

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. 

Start heyətində yer alan millimizin müdafiəçisi görüşü əvəzedilmədən başa vurub.  Krivotsyukun komandası bu qələbədən sonra xallarını 16-ya çatdıraraq turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər