Kriştianu Ronaldunun yeni klubu açıqlandı - RƏSMİ

Kriştianu Ronaldunun yeni klubu açıqlandı - RƏSMİ

Portuqaliyalı superulduz Kriştianu Ronaldu "Mançester Yunayted"ə keçib.

Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

O, viza alandan və tibbi müayinədən keçəndən sonra köhnə-yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək.

Daha öncə MY-nin "bu transferin reallaşması üçün "Yuventus"a 25 milyon avro təklif etdiyi və Portuqaliya yığmasının 36 yaşlı liderinin müddəti 2023-cü ilə qədər olan anlaşmaya qol çəkəcəyi haqda məlumatlar yayılmışdı.

Ronaldu 2003-2009-cu illər aralığında sözügedən İngiltərə klubunun formasını geyinib. Mançester təmsilçisinin formasıyla 196 oyuna çıxan forvard bu matçlarda 84 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər