Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun peşəkar futbolçu karyerasını nə vaxt bitirəcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, "Əl-Nəsr"lə müqaviləsinin müddəti bu yay başa çatacaq 40 yaşlı forvard qarşıdakı iki mövsümdə də oynamaq və ardından butslarını mıxdan asmaq niyyətindədir. Mənbə bir neçə real təklif alan Ronaldunun yaxın günlərdə karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarını qətiləşdirəcəyini vurğulayıb.

Cari mövsüm Ər-Riyad təmsilçisinin forması ilə bütün turnirlərdə 39 matça çıxan Ronaldu 33 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər