Kriştianu Ronaldu, yoxsa fenomen Ronaldo? - Kresponun müqayisəsi

Kriştianu Ronaldu, yoxsa fenomen Ronaldo? - Kresponun müqayisəsi
Argentina millisinin sabiq hücumçusu Ernan Krespo "Sky Sport Italia"ya müsahibəsində Kriştianu Ronaldu və Ronaldonu müqayisə edib.
Fanat.Az xəbər verir ki, Krespo fenomen Ronaldonun əlçatmaz olduğunu bildirib:
"Mənim generasiyamın insanları üçün Ronaldo fenomen idi. Kriştianu Ronaldu və Lionel Messi eyni dövrdə oynadıqları üçün şanslıdılar. Onlar bir-birlərini irəli daşıyırlar. Amma fenomen Ronaldo ilə bağlı eynisini deyə bilmərik. Onun dövründə Ronaldu-Messi nümunəsindəki kimi bir stimul yox idi.
Şübhəsiz ki, Kriştianunun stabilliyi inanılmazdı. Amma Ronninin qol epizodlarındakı ustalığı və rəqiblərindən yayınmaq üçün etdikləri onu əlçatmaz edir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər