Kriştianu Ronaldu qərarını açıqladı: "Növbəti mövsümdə..." 

Kriştianu Ronaldu qərarını açıqladı: "Növbəti mövsümdə..." 

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu "qırmızı şeytanlar"dan növbəti mövsüm nə gözlədiyi ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı superulduz klubun mətbuat xidmətinə danışıb:

"Karyeramda xüsusi rolu olan kluba qayıtdığım gündən özümü xoşbəxt sayıram. Bu hissləri sözlə ifadə etmək çətindir. 

Azarkeşlərimiz möhtəşəmdir! Təbii, onlar üçün oynamaq, qələbələr qazanmaq əsas hədəfimizdir. Hətta uduzduğumuz matçlarda da bizi sonadək dəstəkləyən tərəfdarlar həmişə ürəyimdədir. Bu adamlara hörmət etmək borcumuzdur! Çünki onlar bizim - "Mançester Yunayted" futbolçularının tərəfində olan insanlardır. 

Baş məşqçimiz Erik ten Haqın təcrübəsinə inanıram. Ona vaxt verməli və hər şeyi istədiyi kimi dəyişməsinə kömək etməliyik. "Ayaks"da fantastik işlər görmüş mütəxəssisə uğurlar arzulayıram. Növbəti mövsümdə MY ilə mükafatlar qazanmaq istəyirəm. İnanıram ki, "Mançester Yunayted" layiq olduğu yerlərə qayıdacaq". 

Qeyd edək ki, bir müddət öncə Ronaldunun özünü Mançester təmsilçisində xoşbəxt hiss etmədiyi, klubun transfer siyasətindən narazı qaldığı üçün bu yay iş yerini dəyişəcəyi barədə informasiyalar yayılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər