Kriştianu Ronaldu bu tur nə ilə yadda qaldı?

Kriştianu Ronaldu bu tur nə ilə yadda qaldı?

Portuqaliyalı superulduz Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda "Əl-Vəhda"nı 2:0 hesabı ilə yenib.

Fanat.Az xəbər verir ki, Ronaldunun fərqləndiyi matçda digər qola Sadio Mane imza atıb.

Bu, 40 yaşlı Kriştianunun peşəkar karyerasında vurduğu 925-ci qol olub.

Qeyd edək ki, hazırda 47 xalı olan "Əl-Nəsr" Pro Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.  Lider "Əl-İttihad"ın isə 55 xalı var. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər