Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

"Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştianu Ronaldunun bu yay Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən ayrılandan sonra karyerasını harada davam etdirə biləcəyi açıqlanıb.

Fanat.Az "beIN Sports"a istinadən xəbər verir ki, hələ butslarını mıxdan asmağı planlaşdırmayan portuqaliyalı yetirməsi olduğu "Sportinq"ə qayıtmaq barədə düşünür.

Kriştianunun Lissabon təmsilçisində bir sıra Avropa nəhənglərinin istədiyi Viktor Dyökereşi əvəzləmək variantına isti yanaşdığı vurğulanıb.

Cari mövsüm bütün turnirlərdə 39 matça çıxan Ronaldu 33 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Sözügedən oyunçu 1997-2003-cü illər aralığında "Sportinq"də olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər