Kramarenkonun klubunda baş məşqçi ayrılığı

Kramarenkonun klubunda baş məşqçi ayrılığı
Rusiyanın ÇSKA klubunda baş məşqçi Viktor Qonçarenko ilə yollar ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərə görə, 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Qonçarenko 2016-cı ildən ÇSKA komandasını çalışdırırdı.
Xatırladaq ki, Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçidir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər