Kovaçiç İspaniya nəhənginə keçməyə yaxındır

Kovaçiç İspaniya nəhənginə keçməyə yaxındır

"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç İspaniya çempionatına qayıda bilər.

Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, Xorvatiya millisinin 30 yaşlı üzvünün xidmətində "Atletiko Madrid" maraqlıdır.

Kovaçiçin "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən oyunçu daha öncə digər Madrid nəhəngi "Real"ın formasını geyinib. O, 2023-cü ildən "Mançester Siti"də çıxış edir. Cari mövsüm İngiltərə Premyer Liqasında 22 matça çıxan Mateo 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər