Kovaç-Yoviç-Kostiç üçlüsü yenidən bir arada?

Kovaç-Yoviç-Kostiç üçlüsü yenidən bir arada?
"Monako"nun yeni baş məşqçisi Niko Kovaç komandanın heyətini gücləndirməklə bağlı çalışmalara başlayıb.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Kovaç Luka Yoviç ("Real") və Filip Kostiçi ("Ayntraxt") "Monako"ya dəvət etmək istəyir. Hər iki oyunçu "Ayntraxt"da xorvat mütəxəssisin rəhbərliyi altında oynayıb.
"Real"ın Yoviçi sərbəst buraxmağa hazır olduğu bildirilir. Kostiçin "Ayntraxt"la müqaviləsi 2023-cü ildə başa çatır. "Knyazlıq klubu" onun təzminat məbləğini ödəməyi planlaşdırır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər