Koutinyo İngiltərəni tərk etməyə qərar verdi - Yeni klubu da bəllidir

Koutinyo İngiltərəni tərk etməyə qərar verdi - Yeni klubu da bəllidir

"Aston Villa"nın yarımmüdafiəçisi Filipp Koutinyo yaxın günlərdə klubu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər daha 2 il müddətinə nəzərdə tutulan müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər. Beləliklə, braziliyalı azad agentə çevriləcək və klubdan pulsuz ayrılacaq.

Ötən mövsüm 32 yaşlı yarımmüdafiəçi Qətərin “Əl-Duhail” klubunda icarə əsasında çıxış edib, burada bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Braziliyalı ilə "Vasko da Qama" maraqlanır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər