Koul "Mançester Yunayted"i tənqid etdi: "Hər işi tərsinə görürlər"

Koul "Mançester Yunayted"i tənqid etdi: "Hər işi tərsinə görürlər"

"Mançester Yunayted"in sabiq hücumçusu Endi Koul "qırmızı şeytanlar"ın transfer siyasətini tənqid edib.

Fanat.Az xəbər verir ki, "Betfred" onun dediklərini belə çatdırıb: 

"MY son beş ildə mərkəz müdafiəçilərinə 150 min funt sterlinq xərcləyib. Amma bu yayı çıxmaq şərti ilə beş ildə bir mərkəz hücumçusu transfer etməyiblər. İş elə gətirib ki, zədə səbəbindən Rafael Varanla bağlı vəziyyət yaxşı deyil. Onun komandaya kömək edib-etməyəcəyi sual altındadır. Deməli, daha bir mərkəz müdafiəçisi almaq lazım gələ bilər. 

Hə, "Yunayted"dən danışmaq mənim üçün üzücüdür. Sanki hər işi tərsinə görürlər. İngiltərə nəhəngləri ilə rəqabət üçün çox şeyi dəyişməlidirlər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər