Kot`D-İvuar Braziliya biletini qazandı

Kot`D-İvuar Braziliya biletini qazandı
Dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, gələn il Braziliyada təşkil olunacaq mundialda Afrikanı təmsil edəcək növbəti komanda Kot`D-İvuar olacaq.
Didye Droqbanın formasını geyindiyi koman "qara qitə"də keçirilən play-off oyunlarında Seneqalla qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda Kot`D-İvuar 3:1 hesablı qələbə qazanmışdı. Bu dəfə isə tərəflər meydandan sülhlə ayrılıb - 1:1. Meydan sahiblərinin qoluna 77-ci dəqiqədə penaltidən Mussa Sov imza atıb. Qonaqlardan isə son dəqiqələrdə Salomon Kalu fərqlənib. Bununla da iki oyunun nəticəsinə görə rəqibini 4:2 hesabı ilə üstələyən Kot`D-İvuar dünya çempionatına vəsiqə əldə edib.
Qeyd edək ki, bu gün Afrikadan daha bir komanda - Nigeriya dünya çempionatına vəsiqə qazanıb. "Qara qitə"dən Braziliyaya digər 3 biletin sahibləri Kamerun - Tunis (17 noyabr), Misir - Qana və Əlcəzair - Burkina Faso (19 noyabr) oyunlarından sonra müəyyənləşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər