Kosta Superkuboklar tarixinin ən erkən qolunu vurub

Kosta Superkuboklar tarixinin ən erkən qolunu vurub

"Atletiko”nun forvardı Dieqo Kosta UEFA Superkubokları tarixinin ən erkən qolunu vurub.

Fanat.Az xəbər verir ki, 29 yaşlı hücumçu bir qədər öncə başa çatan matçın 51-ci saniyəsində Keylor Navası məyus edib.

İspaniya millisinin Braziliya əsilli futbolçusu "Reyncers”in üzvü Aleks Makdonaldın rekordunu yeniləyib. Makdonald 1973-cü ildə "Ayaks”ın qapısına 2-ci dəqiqədə yol tapmışdı.

Qeyd edək ki, Estoniyanın paytaxtı Tallində üz-üzə gələn əzəli rəqiblərin duelindən "Atletiko” 4:2 hesablı zəfərlə ayrılaraq Superkuboku başı üzərinə qaldırıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər