Kosova "DÇ-2018"ə vəsiqə qazansa, Rusiya nə edəcək?

Kosova "DÇ-2018"ə vəsiqə qazansa, Rusiya nə edəcək?

FIFA-nın ən yeni üzvü Kosova ilk rəsmi matçında meydandan xalla ayrılmağı bacardı. "DÇ-2018"in seçmə mərhələsinin I qrupunda yer alan dünyanın ən gənc dövlətlərindən birinin komandası Finlandiya ilə səfər oyununda 1:1 hesablı heç-heçəyə razılaşdı. Valom Berişa isə ölkəsinin ilk rəsmi şolunu vuraraq tarixə düşdü.

Uğurlu başlanğıcdan sonra bütün diqqətlər Kosovanın üzərinə yönəlib. Bəs 2008-ci ildə müstəqilliyini elan etmiş ölkənin komnadası "DÇ-2018"ə vəsiqə qazansa, nə baş verəcək?

Məlum olduğu kimi, qarşıdakı dünya çempionatı Rusiyada keçiriləcək. Şimal qonşumuz isə Serbiyadan birtərəfli qaydada ayrılaraq özünü respublika elan edən Kosovanın müstəqilliyini tanımır. Bu səbəbdən Kosova dünya çempionatına vəsiqə qazansa, çətin siyasi prosesləri aşmalı olacaq. Artıq indidən Rusiyanın hansı mövqeni sərgiləyəcəyi maraq doğurur.

Qeyd edək ki, Yuqoslaviyanın dağılmasından sonra Kosova bir neçə dəfə hərbi və siyasi təzyiqi altında yşamalı olub. 1995-ci ildə serb ordusu Kosovaya daxil olaraq çox sayda dinc sakinin öldürülməsinə səbəb olub. 1999-cu ildə BMT-nin nəzarəti altında keçən Kosova 2008-ci ildə müstəqilliyini elan edib. Hazırda ölkəni 109 dünya dövləti rəsmən tanıyır. Onların arasında Azərbaycan yoxdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər