Konte uduzduqları oyunu şərh etdi: "Məyus və narazı deyiləm"

Konte uduzduqları oyunu şərh etdi: "Məyus və narazı deyiləm"

"Napoli"nin başməşqçisi Antonio Konte "Latsio" ya məğlubiyyəti (0:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikola Skira italiyalı mütəxəssisin dediklərini belə təqdim edib:

"Narazı və məyus deyiləm. Bugünkü matç düzgün yolda olduğumuzu göstərdi. Biz oyuna nəzarət etməyə çalışırıq və topa sahib olarkən rəqibi təzyiq altında saxlayan vəziyyətlər yaradırıq. Sadəcə, bu baxımdan təkmilləşməliyik. “Latsio” kimi yaxşı komandaya qarşı münasibət və aqressiv oyun keçirməyimiz xoşuma gəldi”.

Qeyd edək ki, neapollular 32 xalla İtaliya A Seriyasında ikinci pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər