Konte susqunluğunu pozdu: "Real"a gedir?

Konte susqunluğunu pozdu: "Real"a gedir?
Son dövrlər adı "Real"la yanaşı çəkilən Antonio Konte susqunluğunu pozub.
Fanat.Az xəbər verir ki, "Sky Sports"a danışan italyan mütəxəssis "Real" iddialarına münasibət bildirib və 2019-cu ilin yayına qədər işləməyəcəyini deyib: "İndi hərəkət halında olan qatara minməkdənsə, mövsümün sonunu gözləməyim mənim üçün daha yaxşı olar. Yeni layihəyə başlamaq üçün iyun ayını gözləmək istəyirəm".
Qeyd edək ki, "Çelsi"də keçirdiyi iki mövsümdə bir Premyer Liqa çempionluğu və bir Federasiya Kuboku qazanan Konte yayda istefaya göndərilib. "Real" isə oktyabrda Julen Lopetegui ilə yollarını ayırıb. Bundan sonra italyan mütəxəssisin "Kral Klubu" ilə danışıqlar apardığı iddia edilmişdi. "Real" rəhbərliyi komandanı müvəqqəti olaraq Santyaqo Solariyə tapşırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər