"Tottenhem"in ulduz futbolçusu Harri Keynin klubdakı gələcəyi hələ də bəlli deyil.
Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antonio Konte danışıb:
"Əlbəttə ki, klub Keyni karyerasının sonuna kimi komandada saxlamaq niyyətindədir. Ancaq bilirsiniz ki, futbolda bəzən gözlənilməz hallar olur. Qərar qəbul etmək mənim səlahiyyətimdə deyil. Bu qərar klub və Harridən asılıdır".
Qeyd edək ki, İngiltərə millisinin 29 yaşlı üzvünün adı "Mançester Yunayted" və "Bayern Münhen"lə hallanır.
Röya