Tanınmış italiyalı çalışdırıcı Antonio Kontenin yeni iş yeri rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Napoli" ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.
O, 2023-cü ildən "Tottenhem"in baş məşqçi postunu tərk edəndən sonra işsiz idi. Daha öncə "İnter", "Yuventus", "Siena", "Atalanta", "Bari" və "Aretso"nu da çalışdıran Konte 2014-2016-cı illər aralığında İtaliya millisinə rəhbərlik edib.
Nihat