2013-cü ildə Braziliyada keçirilən Konfederasiyalar Kuboku ölkə iqtisadiyyatına 9,4 milyard dollar xeyir verib. Fanat.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Sayt məlumatı Braziliyanın Turizm Nazirliyindən əldə edib. Nazirliyin hesablamalarına görə, 15-30 iyun tarixlərində keçirilən yarış gəlirin 5 milyard dolları yerli və əcnəbi turistlərin xərcləri, turnirin təşkilat komitəsinin fəaliyyəti hesabına əldə olunub. Qalan 4,4 milyard dollarlıq hissə isə Braziliyanın daxili istesalatından gəlib.
Fanat.az