Komandası cari mövsüm ilk məğlubiyyətə üzüldü, Ronaldu isə...

Komandası cari mövsüm ilk məğlubiyyətə üzüldü, Ronaldu isə...

Təcrübəli superulduz Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-İttihad"a 1:2 hesabı ilə uduzaraq cari mövsüm ilk məğlubiyyətini alıb.

Fanat.Az xəbər verir ki, start "11-lik"də yer alan portuqaliyalı forvard 90 dəqiqə meydanda olsa da, məhsuldar göstəricilərlə diqqət çəkə bilməyib.

"Əl-Nəsr" ötən mövsüm Səudiyyə Ərəbistanının çempionu olub. Sözügedən kollektiv hazırda 12 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. "Əl-İttihad" isə 11 xalla 4-cü sırada qərarlaşıb.

"Əl-Nəsr" növbəti turda öz meydanında "Abha" ilə üz-üzə gələcək.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər