Komanda yoldaşını təhqir etdi, 3 oyunluq cəza aldı

Komanda yoldaşını təhqir etdi, 3 oyunluq cəza aldı

AFFA U-16 Liqasında keçirilən "Arpaçay" - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Qarşılaşmanın 85-ci dəqiqəsində Şərur təmsilçisinin üzvü Əli İsmayılovun komanda yoldaşına qarşı qeyri-etik ifadələr işlətməsi 3 matçlıq diskvalifikasiyaya səbəb olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər