Komanda yoldaşı Messiyə qışqırdı - VİDEO

Komanda yoldaşı Messiyə qışqırdı - VİDEO

Fransa mətbuatı tərəfindən davamlı tənqid edilən Lionel Messi haqqında internetdə video yayılıb.

Fanat.Az xəbər verir ki, video ötən çərşənbə axşamı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşü çərçivəsində keçirilən PSJ - "Real Madrid" (1:0) oyununa aiddir. 

Futbol insayderi Maks Miottonun "Twitter"də paylaşdığı videoda PSJ-nin yarımmüdafiəçisi Danilonun Messiyə qışqırdığı aydın görünür. Rəqibin əks-hücumu zamanı argentinalı rəqib futbolçunu dayandıra bilməyib, nəticədə sərt oynamalı olub və nəticədə sarı vərəqə ilə cəzalandırılıb.

Bundan dərhal sonra Danilo Messiyə tərəf dönüb və onun üzərinə qışqırıb, ulduz futbolçu isə səhvini anlayaraq reaksiya verməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər