Komada olan Şumaxeri məhkəməyə verdilər - ŞOK

Komada olan Şumaxeri məhkəməyə verdilər - ŞOK
Fransanın Meribel şəhərində xizək sürərkən yıxılan və komaya düşən “Formula-1” əfsanəsi Mixael Şumaxeri məhkəməyə veriblər. Fanat.az xəbər verir ki, alman pilot 2013-cü ilin noyabrında İspaniyanın Sevilya şəhərində avtomobillə qəza törətməkdə ittiham olunur. 
Şumaxer icarəyə götürdüyü maşını idarə edərkən yol hərəkəti qaydasını kobud surətdə pozub və motosikletçiyə yol verməyib. Nəticədə idrəetməni itirən motosikletçi yıxılıb və ağır bədən xəsarəti alıb. Əməliyyat olunan motosikletçi ünlü pilotu məhkəməyə verib. O, Şumaxerdən sınmış qoluna, saatına və batmış paltarına görə kompensasiya tələb edir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər