Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə 1/8 final mərhələsində qarşılaşacaq daha iki cütlük müəyyənləşib.
C qrupunun qalibi Kolumbiya D qrupunun ikincisi Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək. D qrupunun birincisi Kosta Rika isə C qrupunda ikinci olmuş Yunanıstanla qarşılaşacaq.
Qeyd edək ki, 1/8 finalın qalan 8 iştirakçısından hələlik 2-si bəllidi. Belə ki, Argentina (F qrupu) və Belçika (H qrupu) qrupdan çıxıb.
28 iyun
21.00 Braziliya - Çili
29 iyun
01.00 Kolumbiya - Uruqvay
21.00 Hollandiya - Meksika
30 iyun
01.00 Kosta Rika - Yunanıstan
Fanat.az