"Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım" - Şeydayevin təqdimat mərasimi keçirildi

"Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım" - Şeydayevin təqdimat mərasimi keçirildi

Türkiyənin I Liqa təmsilçisi “Kocaelispor”a keçən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ictimaiyyətə təqdim olunub.

Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu təqdimat mərasimində belə danışıb:

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım. Transfer danışıqları uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da olmaq, burada oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda birlikdə sevinəcəyik”.

Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər