Əfsanəvi basketbolçu helikopter qəzasında öldü - FOTO

Əfsanəvi basketbolçu helikopter qəzasında öldü - FOTO
Əfsanəvi basketbolçu Kobi Brayant helikopter qəzası nəticəsində dünyasını dəyişib. Bu barədə məlumatı ESPN-in insayderi Adrian Voynarovski təsdiqləyib. Kobinin 41 yaşı var idi.
Qəza bazar günü səhər saatlarında Kaliforniya ştatının Kalabasas şəhəri yaxınlığında baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 
Kobi Brayant 5 dəfə NBA-nın qalibi olub. Həmçinin o, 1 dəfə müntəzəm çempionatın, 1 dəfə NBA final seriyasının, 4 dəfə isə "Ulduzlar oyunu"nun "ən dəyərli oyunçusu" (MVP) seçilmişdi.
 
*** 
 
Adrian Voynarovskinin son məlumatına görə, Brayant şəxsi helikopteri ilə qızı Cannanın basketbol matçına gedirmiş. Vertolyotun göyərtəsində Kobi və 13 yaşlı qızı ilə yanaşı, Cannanın komanda yoldaşı və onun valideyni olub. 
Əfsanəvi basketbolçu helikopter qəzasında öldü - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər