Könül Mehdiyevaya UEFA-dan yeni təyinat

Könül Mehdiyevaya UEFA-dan yeni təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Gürcüstanda “Torpedo” ilə Bosniya və Herseqovinanın “Sarayevo” komandaları arasında oynanılacaq Konfrans Liqasının 1-cu təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

İyulun 13-də Kutaisidə keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər