Klublarının qol maşınlar: Messi və davamçıları

Klublarının qol maşınlar: Messi və davamçıları
"Barselona" forması ilə 371 qol vurub klub rekordunu qıran Lionel Messi kimi bir klubda 200 və daha çox qol vuran başqa futbolçular da var. Fanat.az xəbər verir ki, "Osasuna" matçında het-trik edən argentinalı karyerasını davam etdirən oyunçular arasında eyni klubda ən çox qol vuran oyunçudu.
Messinin rekorduna ən çox yaxınlaşan oyunçu "Yuventus"un əfsanəsi Alessandro Del Pyerodu. Karyerasını Avstraliyanın "Sidney" klubunda davam etdirən "10 nömrə" Turin təmsilçisinin heyətində 289 qola imza atıb.
Del Pyeronu "Roma"nın əfsanəsi Françesko Totti izləyir. "Böyük kapitan" 2016-cı ilin yayınadək müqaviləsi davam edən paytaxt klubunda 287 qol vurub. 
Messinin futbol meydanlarındakı ən böyük rəqibi Kriştiano Ronaldo da bu siyahıdadı. Portuqaliyalı ulduz "Mançester Yunayted" macərasından sonra üz tutduğu "Real"da 240 qola imza ataraq indidən "Kral Klubu"nun əfsanələri sırasına düşə bilib. 
8 il "Arsenal"ın formasını geyinmiş Tyerri Anri London klubunda 228 qol vurub. Karyerasını ABŞ-da davam etdirən 36 yaşlı fransız "Arsenal"dan başqa "Yuventus" və "Barselona" kimi böyük klublarda top qovub.
İngiltərə futbolunun son illərdə yetişdirdiyi ən önəmli futbolçulardan olan Ueyn Runi 2004-cü ildən formasını geyindiyi "Mançester Yunayted"i 210 dəfə sevindirərək "qırmızı şeytanlar"ın əfsanələri arasına düşüb. İrland əsilli ingilis futbolçu fevralda 15.6 milyon funt-sterlinq qarşılığında klubu ilə 5.5 illik yeni müqavilə imzalayıb.
2001-ci ildə transfer olunduğu "Çelsi"nin yarımmüdafiə xəttinin dəyişməz simasına çevirilən Frank Lempard 2008 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər