Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar 2025/2026 mövsümünün ikinci yarısı üçün transfer fəaliyyətləri başa çatıb. 

Qeyd edək ki, qış "transfer pəncərə"si yanvarın 14-də açılıb. Klublar transfer fəaliyyətləri 10 fevral 2026 (10 fevral saat 23:59-dək) tarixində başa çatıb. 2026-cı il martın 31-i isə azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib. Bundan sonra yalnız azad agentlərin keçidi mümkün olacaq.

Fanat.Az elita təmsilçilərinin transfer bazarındakı fəaliyyətini təqdim edir:

"Sabah"

Gələnlər: Rauf Rüstəmli ("Sumqayıt", icarədən qayıdıb), Abdulla Rzayev ("Turan Tovuz", icarədən qayıdıb), Orfe Mbina ("Maribor", icarə əsasında) Gedənlər: Boyan Letiç, Neqoş Kupusoviç, Rauf Rüstəmli (“Karvan-Yevlax”, icarə əsasında), Ayaz Quliyev ("Arsenal", Rusiya), Anatoli Nuriyev ("Zirə"), Rüstəm Samiqullin ("Cəbrayıl"), Camal Cəfərov. Müqavilə müddətini artıranlar: Umarali Raxmonaliyev, Aaron Maluda.

"Qarabağ"

Gələnlər: Jeremi Qnali (AEK, Kipr).  Gedənlər: Nəriman Axundzadə ("Kolambus Kryu"). Müqavilə müddətini artıranlar: 

"Zirə"

Gələnlər: Rüfət Abdullazadə ( "Varajdin", Xorvatiya, icarə əsasında), Eren Aydın ("Veres", Ukrayna), Anatoli Nuriyev ("Sabah"). Gedənlər: Ramiz Muradov ("Şamaxı", icarə əsasında). Müqavilə müddətini artıranlar: 

"Turan Tovuz"

Gələnlər: Coş Çinnelli ("Suonsi"), Mark Mampassini ("Lokomotiv", icarə əsasında) Gedənlər: Veysəl Rzayev ("Kəpəz"), Aleks Souza ("Kyoto", Yaponiya), Abdulla Rzayev ("Sabah", icarə müqaviləsinə xitam verilib). Müqavilə müddətini artıranlar: 

"Sumqayıt"

Gələnlər: Sənan Muradlı ("Şamaxı", icarədən qayıdıb), Emil Mustafayev ("Polesye"), Danilo Beskorovaynı ("Polesye", icarə əsasında),  Sedrik Badolo ("Spartak Trnava"). Gedənlər: Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsinə xitam verilib), Pedro Pinto (“Petroleos de Luanda”, Anqola).  Müqavilə müddətini artıranlar:

"Araz-Naxçıvan"

Gələnlər: Andrey Demçenko (baş məşqçi). Gedənlər: Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev (karyerasını bitirib). Müqavilə müddətini artıranlar:

"Şamaxı"

Gələnlər: Ramiz Muradov ("Zirə", icarə əsasında), Abdulla Rzayev ("Sabah", icarə əsasında) Gedənlər: Sənan Muradlı ("Sumqayıt", icarə müqaviləsinə xitam verilib), Antonio Lara ("Floriana", Malta) Müqavilə müddətini artıranlar: 

"İmişli"

Gələnlər: Dioqo Kardoso (“Portimonense”), Nazim Hüseynov ("Qəbələ"), Riad Abbaszadə ("Difai") Gedənlər: İbrahim Əliyev ("Şəfa").. Müqavilə müddətini artıranlar:

"Neftçi"

Gələnlər: Breno Almeyda ("Etnikos", Kipr). Gedənlər: Rza Cəfərov ("Qəbələ", icarə əsasında). Müqavilə müddətini artıranlar:

"Kəpəz"

Gələnlər: Veysəl Rzayev ("Turan Tovuz"), Mate Abuladze ("Samqurali", Gürcüstan), Rəhman Hacıyev ("Səbail"). Gedənlər: Katsper Roza, Pedru Qomeş, Şahmar Aşurov ("Mingəçevir"). Müqavilə müddətini artıranlar:

"Qəbələ"

Gələnlər: Seydina Keyta ("Panevejis", Litva). İsmaheel Akinade ("Andijon"), Rza Cəfərov ("Neftçi", icarə əsasında). Turan Manafov ("Stellenboş", CAR, icarə əsasında), Sambu Sissoko ("Valansyen", Fransa, icarə əsasında) Gedənlər: Elşad Tağıyev (“Baku Sportinq”), Nazim Hüseynov ("İmişli"). Müqavilə müddətini artıranlar:

"Karvan-Yevlax" Gələnlər: Füzuli Məmmədov (baş məşqçi), Samir Abdullayev ("Mingəçevir"), Rauf Rüstəmli ("Sabah", icarə əsasında), Emin Rüstəmov ("Səbail", icarə əsasında). Gedənlər: Said İranxan, Nika Çaçaşvili, Viktor Huqo, Qabil Əlizadə Müqavilə müddətini artıranlar:

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər