Klublarımızın avrokuboklardakı rəqibləri

Klublarımızın avrokuboklardakı rəqibləri
Qadın voleybolçular arasında CEV Kubokunun və “Çelenc Cup”ın püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycan klublarının rəqibləri bilinib.
 
CEV Kubokunda çıxış edəcək “İqtisadçı” İspaniyanın “Loqrono” klubuna rəqib olub. Komandamız 1/16 final mərhələsindən yarışa qatılacaq. Bakı klubu 1/8 finala çıxacağı halda, “Orbita” (Ukrayna) - “Daufines” (Belçika) cütünün qalibi ilə görüşəcək.
 
Bu turnirdəki digər təmsilçimiz “Lokomotiv” isə 1/16 finalda Almaniyanın “Rote Raben” klubu ilə üz-üzə gələcək. Komandamız rəqibini mübarizədən kənarlaşdırarsa, “Salsit” (Sloveniya) - “Srvena Zvezda” (Serbiya) cütünün güclüsünü sınağa çəkəcək.
 
“Çelenc Cup”da çıxış edəcək “Azərreyl” isə ilk mərhələdən azaddı. Mübarizəyə II təsnifat mərhələsindən qatılacaq Avstriyanın “İnnsbruk” klubuna rəqib olub.
 
Qeyd edək ki, CEV kubokunun 1/16 final və “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk oyunları noyabrın 11-13-də, cavab görüşləri həmin ayın 25-27-də olacaq. Komandalarımızın hər üçü birinci qarşılaşmasını səfərdə keçirəcəklər. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər