Klublarımız avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq?

Klublarımız avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq?
2014/15 mövsümündə arvokuboklarda mübarizə aparacaq Azərbaycan klublarının hansı mərhələdən mübarizəyə başlayacağı tam dəqiqləşdi. Kubokun qalibi "Neftçi" Avropa Liqasın II, Premyer Liqanın üçüncüsü "Qəbələ" I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Artıq klublarımızın ilk oyunlarını keçirəcəyi tarixlər də bəllidi.
Fanat.az xəbər verir ki, Premyer Liqanın gümüş və bürünc medallarını qazanan "İnter"lə "Qəbələ" I təsnifat mərhələsinin ilk oyununu iyulun 3-də keçirəcək. Bu mərhələnin cavab oyunları isə ayın 10-da baş tutacaq.
Premyer Liqada titulsuz qalan, Azərbaycan Kubokunu qazanan "Neftçi" II təsnifat mərhələsində oynayacaq. "Ağ-qaralar" ilk oyuna iyulun 17-də çıxacaq. Cavab matçı isə 24-də oynanılacaq.
Azərbaycan çempionatının qalibi "Qarabağ" isə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İlk mərhələdən azad olan Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununu 15-16 iyul tarixlərində keçicək. Bu mərhələnin cavab matçları isə ayın 22-23-də baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının və Avropa Liqasının ilk iki mərhələsinin püşkü iyunun 23-də atılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər