Klublararası dünya çempionatının üçüncüsü "River Pleyt" oldu

Klublararası dünya çempionatının üçüncüsü "River Pleyt" oldu
Klublararası dünya çempionatında üçüncü yer uğrunda oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Argentinanın "River Pleyt" klubu Yaponiya təmsilçisi "Kasima Antlers"ə 4:0 hesabı ilə qalib gəlib. Qonzalo Martinesin dubl etdiyi oyunda Bruno Zukulini və Rafael Borre (penlti) hərəyə bir qol vurub.
Qeyd edək ki, final görüşü "Real" və "Al Ayn" arasında keçirilir. Qarşılaşma Bakı vaxtı ilə saat 20.30-da başlayıb və ispanlar 1:0 hesablı qələbə qazanır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər