FIFA yeni klublararası dünya çempionatı təşkilinə hazırlaşdıqlarını elan edib.
Fanat.Az xəbər verir ki, ali futbol qurumun rəhbəri Dohada keçirdiyi mətbuat konfransında bu haqda danışıb. FİFA prezidenti 32 komandanın iştirak edəcəyi yarışın milli komandalar arasında təşkil olunan dünya çempionatının oxşarı olacağını deyib. Turnir 2025-ci ildən etibarən keçiriləcək və dörd ildən bir təşkil olunacaq. İlk KDÇ-nın yeri hələ müəyyənləşdirilməyib. Format, tarix və iştirakçıların sayının təfərrüatları barədə ətraflı məlumat veriləcəyini deyib. O, həmçinin UEFA və Avropa Klublar Assosiasiyasının (ECA) KDÇ-də "köhnə qitə"nin 12 təmsilçisinin olmasını istədiyini vurğulayıb.
Mirağa