Klublararası dünya çempionatı başladı

Klublararası dünya çempionatı başladı

Klublararası dünya çempionatı başlayıb.

 

Fanat.Az xəbər verir ki, turnirin ilk dueli Qətərin "Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi "İanqen” arasında gerçəkləşib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda isə daha iki qol vuran "Əl Sədd” 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, Qətər çempionu ikinci mərhələdə Meksika "Monterrey”i ilə qarşılaşacaq. Bu mərhələnin digər oyununda isə Tunisin "Esperans” klubu isə Asiya Çempionlar Liqasının qalibi "Əl Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gələcək.

Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi "Liverpul” (İngiltərə) ilə "Monterrey” - "Əl Sədd” cütünün qalibi üz-üzə gələcək. "Esperans” - "Əl Hilal” cütünün qalibi də KONMEBOL-da çempion olmuş "Flamenqo”yla (Braziliya) münasibətlərinə aydınlıq gətirəcək.

Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən "Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz "Education City” stadionunda keçiriləcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər