Klub prezidenti Messini istəmədi

Klub prezidenti Messini istəmədi

Türkiyənin Super Liqa və PTT 1-ci liqa klubları arasında legioneri olmayan yeganə klub olan "Altınordu"nun prezidenti Seyit Mehmet Özkan maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, 1-ci liqa təmsilçisinin rəhbəri 100 illiklərini qeyd edəcəkləri 2023-cü ildə öz yetirmələri olan futbolçularla Super Liqada və avrokuboklarda oynamaq istədiklərini bildirib.

 

Seyit Mehmet Özkan ona "bir-iki qara dərili futbolçu al, Super Liqaya çıx" deyənlərə belə cavab verib: "Qara dərili futbolçu yox, Messi gəlib desə bir il pulsuz oynayacam, qəbul etmərəm. Mən bu torpağın övladlarına güvənirəm. Onlarla hara qədər gedə bilsəs, gedəcəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər